0
Thursday 14 February 2019 - 19:44

Ərəblərin Varşava konfransında iştirakı pisləndi

Story Code : 778023
Ərəblərin Varşava konfransında iştirakı pisləndi
Fələstin İslam Cihadı və Xalq Cəbhəsi təşkilatları işğalçı İsrailin mənafelərinə xidmət edən Varşava konfransı barədə bəyanat yayıb. Bəyanatda ərəb ölkələri nümayəndələrinin bu konfransa qatılması Fələstin ideallarına xəyanət, İsraillə əməkdaşlıq kimi dəyərləndirilir. Bəyanatda deyilir: Tramp dövləti Fələstin xalqına qarşı aşkar düşmənçiliyini davam etdirir. Cinayətkar İsrail başçılarının qatıldığı Varşava konfransı kimi tədbirlər qatilləri Fələstin xalqına qarşı cinayətlərin davamına təşviq edir.
 
Source : IslamTimes
Tagged
varşava