0
Tuesday 19 February 2019 - 14:21

Oman Yəmənə təcavüzə görə Əmirliyi ittiham etdi

Story Code : 778803
Oman Yəmənə təcavüzə görə Əmirliyi ittiham etdi
Omanın xarici işlər naziri Yusif bin Ələvi RT şəbəkəsinə müsahibəsində Omanla Əmirlik arasında mövcud ixtilaflardan danışıb. Yusif bin Ələvi Yəmənə hərbi təcavüz məsələsinə toxunub və Əmirliyi buna görə ittiham edib. Nazir deyib: Yəmən müharibəsinə münasibətdə aramızda fikir ayrılığı var. Bizim mövqeyimiz aydındır, müharibə istəmirik. Əmirliyin mövqeyi isə fərqlidir.
Oman xarici işlər naziri 4 ərəb ölkəsi ilə Qətər arasındakı ixtilafları tayfa ixtilafı kimi dəyərləndirib, bildirib ki, bu böhranın həllinin açarı həmin ölkələrin öz əlindədir.
 
Source : IslamTimes