0
Saturday 2 March 2019 - 18:13

Suriyada İŞİD-in əlindəki sonuncu kənddə əməliyyat başladı

Story Code : 780991
Suriyada İŞİD-in əlindəki sonuncu kənddə əməliyyat başladı
Deyerler.org xəbər verir ki, əməliyyatı DSQ-nin tabeliyindəki xüsusi qüvvələr və ABŞ əsgərləri həyata keçirir.
 
Sputnik-ə danışan DSQ komandiri Dəmhat Sərəkaniyə bölgədəki İŞİD ilə aralarında güclü qarşıdurmanın baş verdiyini bildirərək, İŞİD-in çox yaxın bir müddətdə Suriyada məhv olacağını söyləyib.
 
DSQ-nin mətbuat sözçüsü Mustafa Balli də dinc sakin və girovların Bağozdan çıxarılmasından sonra, əməliyyatın başladığını bildirib.
 
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava və texniki dəstəyi ilə əməliyyatı başlayan DSQ qüvvələri, qısa müddətdə kəndi geri almağı hədəfləyiblər. Kəndin İŞİD-in əlindən alınmasıyla Suriyada İŞİD-in əlində heç bir bölgə qalmayacaq.
 
Source : Deyerler
Tagged
Suriya işid
Comment