0
Tuesday 12 March 2019 - 12:31

"Behişti, Mütəhərri, Xamenei üçlüyü"nün kadrı - İran Məhkəmə Hakimiyyətinin YENİ SƏDRİ kimdir?

Story Code : 782839
"Behişti, Mütəhərri, Xamenei üçlüyü"nün kadrı - İran Məhkəmə Hakimiyyətinin YENİ SƏDRİ kimdir?

İslamazeri.com xəbər verir ki, bir neçə gün öncə İran Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunan Ayətullah Seyid İbrahim Rəisi rəsmən öz vəzifəsini icra etməyə dünəndən başlayıb.
Ayətullah Xameneinin təyinat təlimat sənədi  Ayətullah Xameneinin mərkəzi ofisinin rəhbəri Ayətullah Golpayqani tərəfindən oxunduqdan sonra Ayətullah Rəisi "İnqilab liderimizin 8 maddəlik təlimatını Məhkəmə Hakimiyyətinin Bəyənnaməsi olaraq vəzifədə olduğumuz hər zaman izlənəcəyini bildirirəm. Ayrıca Liderimizin mənə olan güvəninə ən yaxşı şəkildə qarşılıq verməyi çalışacağımı bildirmək istəyirəm", -deyə bildirib.
Qeyd edək ki, Ayətullah Rəisi bir neçə gün öncə İslam İnqilabının Rəhbərinin göstərişi ilə Məşhəddə İmam Rza (ə) ziyarətgahının işlərilə vəzifələndirilmiş "Rəzəvi" Vəqfinin sədri vəzifəsindən İran Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olub. Onu da qeyd edək ki, Ayətullah Rəisidən öncəki sədr Ayətullah Amuli Laricani öz xahişilə bu vəzifədən vaxtından əvvəl ayrılması üçün Ayətullah Xameneiyə müraciət etmiş və müraciəti qəbul olmuşdu.
Ayətullah Rəisi kimdir?
1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açan Rəisi, ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.
20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub.
Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunur. Rəisi, 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilir və 10 il boyunca bu vəzifəsində qalır. 2004-cü ildən 2014-cü ilədək ölkənin ədliyyə qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. On 2015-ci ildən etibarən, ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 2006-cı ildən etibarən Cənubi Xorasan şəhərinin Xobreqan məclisində olan nümayəndəsidir. O Mübariz Ruhanilər Cəmiyyətinin də üzvü olmaqla yanaşı, Xobreqan məclisinin əsas idarə heyətində yer alır.
Ölkənin Ali Dini Liderinin Məşhəddə olan nümayəndəsi və şəhərin cümə imamının kürəkəni olan Seyid İbrahim Rəisi, 2 ildir ki, Ayətullah Xamenei tərəfindən İmam Rzanın  (ə) hərəminin məsulu olaraq təyin olunub. Onun dini elmlərdə olan ustadlarından Ayətullah Behişti, Ayətullah Mütəhhəri, Ayətullah Xamenei, Ayətullah Meşkini, Ayətullah Nuri Həmədani, Ayətullah Fazil Lənkərani, Ayətullah Əbulqasim Xəzəli, Ayətullah Müctəba Tehrani, Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Duzduzani, Ayətullah Seyid Mühəqqiq Damad, və Ayətullah Seyid Mahmud Şahrudinin adını çəkmək olar. Onun 14 il Ayətullah Xameneinin xaric fiqh dərsində iştirak etdiyi bildirilir. Fiqh və şəritdə ictihad sahibi olan Seyid İbrahim Rəisi, fiqh və hüquq fakultəsində doktoranturadan əlavə, beynəlxalq hüquq fakultəsinin də magistrini uğurla başa vurub.
Seyid İbrahim Rəisi barədə ən maraqlı məlumatlardan biri, Onun Ayətullah Behişti tərəfindən kadr olaraq hazırlanmasıdır. Belə ki, inqilabın ilk illərində 70 nəfərlik heyət yaradaraq, gələcək üçün kadr hazılayan Ayətullah Behişti, Seyid İbrahim Rəisini də bu heyətin üzvü olaraq seçir. Bu heyət Ayətullah Behişti, Ayətullah Xamenei və Şəhid Mütəhhəri tərəfindən xüsusi olaraq hazırlanıb. O İranda, Ayətullah Behiştinin canişini olaraq qələmə verilir.
Seyid İbrahim Rəisi 2017-ci ildə İranda keçirilən prezident seçkiləri zamanı hazırki prezident Həsən Ruhaniyə ən güclü rəqib olmuşdu. Belə ki, Ruhani 14,6 milyon səs topladığı halda, Rəisi 10,1 milyon səs toplamışdı.
 
Source : Islamazeri
Related Stories
Comment