ABŞ-da Ağ Evin qarşısında sionist rejim və AİPAC (American Israel Public Affairs Committee – İctimai Əlaqələr üzrə ABŞ-İsrail Komitəsi) əleyhinə aksiya keçirilib. Hazırda AİPAC-ın iclasına hazırlıq gedir. İclasda Tramp hökumətinin nümayəndəsi, ABŞ Konqresinin təmsilçisi, o cümlədən ABŞ-da səfərdə olan Netanyahu iştirak etməlidir. Sionist lobbilərin keçirdiyi iclas ABŞ-ın hüquq müdafiə təşkilatlarının etirazına səbəb olub. Fələstinin işğalına qarşı olan fəallar, o cümlədən yəhudilər Ağ Evdən AİPAC-ın iclası keçiriləcək binaya qədər yürüş keçirib.