0
Saturday 6 April 2019 - 09:25

Suriya ordusu terrorçuların mövqelərini darmadağın etdi

Story Code : 787117
Suriya ordusu terrorçuların mövqelərini darmadağın etdi

Deyrler.org SANA-ya istinadən xəbər verir ki, Suriyanın ordu qüvvələri İdlibdə terror qruplarının gərginliyi azaltma müqaviləsini pozmalarına cavab olaraq İdlib ətrafındakı Zaviyə dağı yüksəkliklərində yerləşən terrorçu qrupların mövqelərini atəşə tutub, terrorçular maşın və sursatları ilə birlikdə zərərsizləşdirilib.
 
Digər tərəfdən, ordu birliklərinin İdlib ətrafındakı Ariha bölgəsində yerləşən Bsankul kəndi yaxınlığındakı Nusra Cəbhəsi terror təşkilatına aid yuvaları dəqiq əməliyyatlarla hədəfə alaraq, darmadağın edib.
 
Ordu birlikləri həmçinin İdlib şəhərinin 30 km cənub-qərbində yerləşən Əyyub Peyğəmbər (ə) yüksəkliyi oxundan hücum etməyə çalışan bir terror qrupunu müəyyən edib, onları intensiv atəşə tutub və terrorçuları maşınlarıyla birlikdə zərərsizləşdiriblər.
 
Source : Deyerler
Tagged
Suriya
Comment