0
Tuesday 9 April 2019 - 11:47

Paşinyan: "Mən danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etdirmirəm"

Story Code : 787702
Paşinyan: "Mən danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etdirmirəm"

“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnaslitlərin “siz danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etdirirsiniz” sualına cavabında bildirib.
 
Hökumət başçısı danışıqların S.Sarqsyanın dayandığı yerdən davam etdirilməsi barədə məlumatların çaşqınlıq yaratdığını vurğulayıb.
 
N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə martın 29-da Vyanada keçirilmiş görüş səmərəli olub: “Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil. Bununla belə, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirirlər. Biz bu mətni razılaşdırmışdıq”.
 
Source : Deyerler
Related Stories
Comment