0
Sunday 14 April 2019 - 18:17

Həftərin sözçüsü: Ərdoğan Tripoliyə terrorçu ötürür

Story Code : 788606
Həftərin sözçüsü: Ərdoğan Tripoliyə terrorçu ötürür
Özünü Milli Liviya Ordusu adlandıran Xəlifə Həftərin sözçüsü Əhməd Əl-Mismari Türkiyə prezidentini Liviyaya terrorçu ötürməkdə ittiham edib. Sözçü iddia edib ki, Ərdoğan Suriyadakı terrorçu müttəfiqlərini səfərbər edib Livayaya göndərir. Əl-Mismari Türkiyə ilə yanaşı Maltanın da adını çəkib. O deyib ki, hazırda Türkiyədən Livayının Misrata şəhərinə birbaşa uşuşlar var və Türkiyə ölkəyə silah-sursat göndərir. Əl-Mismari artıq Keçid Dövləti qüvvələrinin məğlub olduğunu, əksər ərazilərinin ordunun nəzarətinə keçdiyini bildirib. Təbii ki, bütün bu bəyanatlar təbliğat xarakterlidir və Həftərin milli mənafelərdən çıxış etdiyi birmənalı qarşılanmır.
 
Source : IslamTimes
Tagged
liviya
Related Stories