Amerikanın məşhur Karneqi Fondu Yəmənə təcavüzlə bağlı təhlil dərc edib. Təhlildə deyilir: Yəmənə hərbi müdaxilə kampaniyası süquta uğrayıb. Ən azı vaxt baxımından nəzərdə tutulan müddətdə heç bir hərbi uğur qazanılmayıb. Artıq Ərəbistan bu müharibədə nə istədiyini bilmir, sadəcə qeyri-hərbi obyektlər daxil olmaqla Yəməni bombalayır. Riyazın bu müharibədən yeganə qazancı yəmənliləri Ərəbistan ərazisini vurmağa məcbur etməsi, öz təhlükəsizliyini əldən çıxarmasıdır.
İslamtimes - Yəmənlilər Səəda şəhərində Vaşinqtonun və onun müttəfiqlərinin ölkənin daxili işlərinə qarışmasına qarşı etiraz əlaməti olaraq anti-ABŞ nümayişləri təşkil ediblər.