Əl-Sisi Əsrin Sövdələşməsində Bin Salmanın yerini tutdu
Story Code : 790045
İsrail mətbuatı yazır ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Əsrin Sövdələşməsində Bin Salmanın funksiyalarının Əl-Sisiyə ötürülməsi barədə qərar qəbul edib. Bundan sonra layihənin iqtisadi proqramlarını ərəb ölkələrində Əl-Sisi həyata keçirəcək. Bu dəyişikliyi Tramp da qəbul edib. Ekspertlər bildirir ki, Bin Salmanın layihədən uzaqlaşdırılması Qaşıqçının qətli, Ərəbistanda insan hüquqlarının pozulması ilə bağlıdır. Əslində Əl-Sisi də Misirdə ibtidai insan haqlarına riayət etmir. Amma Netanyahu onun İsraildən gedən turistlərin təhlükəsizliyini təmin etməsindən razıdır.