0
Thursday 25 April 2019 - 18:05

Ayətullah Safi Gülpayiqani: İslam dövlətləri Ərəbistanda müsəlmanların edamına susmamalıdır!

Story Code : 790685
Ayətullah Safi Gülpayiqani: İslam dövlətləri Ərəbistanda müsəlmanların edamına susmamalıdır!
İki gün öncə diktator Ali-Səud rejimi 37 müxalifi edam etdi. Əksəri şiə azlıqdan olanlardan işgəncə altında ifadə alınmışdı. Edam edilənlər terrorda, casusluqda ittiham edilirdi.
Hadisəyə Ayətullah Safi Gülpayiqani münasibət bildirib: İslam dövlətləri Ərəbistanda müsəlmanların şəhadətinə susmamalıdır. Bu cinayətə münasibətdə insani vəzifə unudulmamalıdır. Müraciətdə deyilir: Nə üçün İslam dövlətləri bu vəhşi hadisə qarşısında susub, müsəlmanların məzlum harayına cavab verilmir? Dünyanın istənilən guşəsində günahsız insanlara zülm edilsə, bunu pisləməliyik. Müsəlmanlar və İslam dövlətləri öz sükutları ilə bu qaniçənlərə yol açırlar.
 
Source : IslamTimes