0
Thursday 2 May 2019 - 14:40

İraqın baş naziri: Şri Lankadakı terrorlar yenidən törədiləcək

Story Code : 791813
İraqın baş naziri: Şri Lankadakı terrorlar yenidən törədiləcək
 
İraq baş naziri Adil Əbdülmehdi bəyan edib ki, İŞİD liderinin təbliğat videosu ucqar bir bölgədə çəkilib. O, uğurlarının xeyli azalmasına baxmayaraq, terror təşkilatının dünya üzrə hələ də güclü bir təhdid olduğunu vurğulayıb.
 
"Hazırda kəşfiyyat məlumatını paylaşa bilmərəm, amma əl-Bağdadinin uzaq bir bölgədə olduğu videodan görünür. İŞİD kiçik bir təşkilat deyil. Hər yerə yayılıb və xadimlərinə inam aşılamağa çalışırlar. Şri Lankadakına oxşar hadisələr törədiləcək. Amma uğurları böyük həcmdə azalıb",-deyə Adil Əbdülmehdi əlavə edib.
 
Qərbin kəşfiyyat təşkilatları isə İŞİD liderinin İraq və Suriyadakı quraqlıq bölgədə gizləndiyini ehtimal verir.
Source : FaktXeber
Tagged
iraq terror
Comment