0
Wednesday 8 May 2019 - 01:21

Yəmən rəsmisi xarici diplomatlara: “Sənaya geri dönün!”

Story Code : 792889

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi Twitter üzərindən verdiyi bəyanatında bunları qeyd edib: “Vaxt keçdikcə xarici konsulluqların Ədən şəhərinə daşınması səhv bir qərar olduğu məlum oldu. Təhlükəsizlik riskləri ilə bağlı söylənən iddialar Yəmənə qarşı təcavüzkarlıq hiylələri həyata keçirməkdən başqa bir şey deyil”.
 
Məhəmməd Əli Əl-Husinin atdığı tvitin davamında isə bunlar qeyd olunub: “Bu gün xarici diplomatlara Sənadakı iş yerlərinə qayıdış vaxtı gəldiyini söyləyirik”.
 
Xarici diplomatlar Ənsarullah hərəkatının Sənanın nəzarətini ələ keçirdikdən sonra bu şəhərdən Ədənə köçmüşdülər.
 
Source : Deyerler
Comment