0
Monday 13 May 2019 - 15:03

Əsrin Sövdələşməsi nədir?

Story Code : 793981
Əsrin Sövdələşməsi nədir?
Əsrin Sövdələşməsi deyilən müqavilə əsasında sionist rejim paytaxtı Qüds olmaqla yəhudi dövləti kimi rəsmi tanınmalıdır və onun mürtəce ərəb dövlətləri ilə əlaqələri leqallaşmalıdır. Seyid Həsən Nəsrullahın “İslam dünyasının ən təhlükəli məsələsi” adlandırdığı bu fitnəkarlıq bir müddətdir Vaşinqton rəsmiləri tərəfindən ortaya atılıb. Ağ Ev öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürdükdən sonra başqa ölkələri də buna təşviq edir.
Donald Trampın Qüdsü İsrailin daimi paytaxtı olaraq rəsmi tanıması ilə müşayiət olunan layihəsi bir növ Balfur Bəyannaməsini tamamlamağa hesablanıb.
Əsrin Sövdələşməsində Trampın təklifi budur ki, Beytül-Müqəddəsin şərqində Əbu-Dis şəhəri Fələstinin paytaxtı kimi tanınır, İsrailin təhlükəsizliyinin təmini şərti ilə Suriyada Bəşar Əsəd hökuməti yerində qalır.
Əsrin böyük sövdələşməsi kimi tanınan bu layihə əsasında İsrailə imtiyazlar vermək müqabilində Qərb Sahilinin yarısı, Qəzzə Zolağı və Beytül-Müqəddəsin şərqində bir neçə məhəllə daxil olmaqla Fələstin dövlətinin yaradılmasına razılıq verilir.
Əsrin Sövdələşməsi ABŞ və mürtəce ərəb ölkələri tərəfindən rəsmən təklif olunmuş layihə deyil. Sadəcə, münasibət açıqlanarkən Əsrin Sövdələşməsi adlı layihədən danışıldığı anlaşılır. Layihənin məqsədi Fələstin məsələsini İsrailin xeyirinə həll etməkdir. Balfur Bəyannaməsinin sırınması ilə 100 ildir ki, öncə ingilislər, sonra da amerikalılar İngiltərənin Fələstin üçün cızdığı planı reallaşdırmağa çalışırlar.
 
Source : IslamTimes
Tagged
fələstin