0
Thursday 30 May 2019 - 12:38

Əsrin Sövdələşməsi: Fələstinli tərəflər (5)

Story Code : 797034
Əsrin Sövdələşməsi: Fələstinli tərəflər (5)
Fələstin Administrasiyası, o cümlədən Mahmud Abbas dəfələrlə Əsrin Sövdələşməsinə qarşı çıxıb. Administrasiyanın legitimliyi fələstinlilərin müzakirə yolu ilə bir qisim hüquqlarının bərpası ilə şərtlənmişdi. Sövdələşmə administrasiyasının varlığına qətl hökmüdür.
Həmasdan İsmail Həniyyə Əsrin Sövdələşməsini Fələstin məsələsinin birdəfəlik unudulması, düşmənin kimliyinin dəyişməsi adlandıraraq deyib: Bu sövdələşmə İran və Müqavimət qüvvələrini regionda yeni düşmən elan etmək istəyir.
Həmasın siyasi ofisinin bəyanatında deyilir: Həmas Əsrin Sövdələşməsinə qəti müxalifliyini elan edir. Son məqsədə çatana qədər Qayıdış aksiyaları davam etdiriləcək. İşağlçı rejimin məhvinə qədər qanuni mübarizəni davam etdirmək xalqımızın haqqıdır. Sionist rejimlə rabitələrin qurulmasına yönəli daxili və xəraci fəaliyyətləri pisləyirik.
İslam Cihadı Hərəkatı Həmasla birlikdə Əsrin Sövdələşməsinin qəti müxalifidir. Hərəkatın rəhbərlərindən olan Xalid Bətş Trampın Qüds qərarına Qəzzədə etiraz aksiyasında deyib: Sionist rejimin təzyiqləri artır, Əsrin Sövdələşməsi layihəsi ilə Qüdsü İsrailin paytaxtı, Qərb Sahilini İsrailin ərazisi elan etmək istəyirlər. Bu sövdələşmənin məqsədi təkcə Fələstin yox, bütün məntəqəni parçalamaqdır.
 
Source : IslamTimes
Tagged
qüds