0
Saturday 1 June 2019 - 18:38

Məkkə iclaslarının nəticəsi

Story Code : 797445
Məkkə iclaslarının nəticəsi
Ərəbistan İslam ölkələri başçılarının illik iclası haşiyəsində dövlət başçıları səviyyəsində iki iclas keçirdi. Məqsəd nə idi və Riyaz öz məqsədinə nail oldumu?
İclas iştirakçılarına Yəmən raketlərinin və dronlarının qalıqlarını nümayiş etdirən Məlik Salman məzlum görkəmi almışdı, sanki Yəmən Ərəbistana hücum edib. İlk baxışda belə görünür ki, Yəməndə bataqlığa batan Ərəbistan bu bataqlıqdan ərəb başçılarının köməyi ilə çıxmağa ümid edir. Təbii ki, iclasların əsas məqsədləri arasında İranı ittiham etmək başda gəlirdi.
Livan Hizbullah Təşkilatının başçısı Seyid Həsən Nəsrullah iclaslar barədə deyib: İki fövqəladə iclas keçirməkdə məqsəd İslam ölkələrindən Yəmən müharibəsi üçün kömək istəmək idi. Yəmən ordusu və xalq qüvvələrinin hər gün güclənməsi Riyazı çıxılmaz vəziyyətə salıb.
Ərəbistan İrana qarşı koalisiyanı gücləndirmək istəsə də buna nail olmadı. Çünki ərəb və İslam ölkələri rejionda söz sahibi olan İranla münasibətlərini pozmağa səbəb görmür.
 
Source : IslamTimes
Tagged
məkkə