0
Friday 7 June 2019 - 08:46

Əsrin Sövdələşməsi: Mübarizə yolu (10)

Story Code : 798175
Əsrin Sövdələşməsi: Mübarizə yolu (10)
Bəs bu fitnəkar layihə ilə necə mübarizə aparılmalıdır? Bir yol beynəlxalq statuslu layihələr irəli sürməkdir. Məsələn, İran Fələstin xalqının referendum yolu ilə öz taleyini təyin etməsini təklif edir. Bu təklif beynəlxalq hüquqa əsaslanan siyasi layihə sayıla bilər.
Başqa bir yol təbliğat və maarifləndirmədir. İslam dünyasının misilsiz ictimai fikir potensialından fitnəkar layihəyə qarşı bəhrələnmək olar. Məntiqi dəlillərlə hətta İsraillə həmkarlıq edən müsəlman ölkələrində cəmiyyətin etirazına nail olmaq mümkündür.
Birlik və ittifaq da mübarizə yoludur. Qərb-İsrail cəbhəsi həmişə müsəlmanlar arasında təfriqə, parçalanma yaratmaq yolundan öz məqsədləri üçün istifadə ediblər.  Bu həssas zamanda təfriqə və parçalanmadan uzaq olmaq, birlik və ittifaq üçün çalışmaq lazımdır.
Sazişçilərə müqavimət də mübarizə yollarından biridir. Bu layihənin müsəlmanlar üçün acı nəticələri ola bilər. Bu yöndə ictimai fikir formalaşsa müsəlmanlar sazişçi qüvvələrə arxa çevirəcək.  
 
Source : IslamTimes
Tagged
yollar