0
Monday 10 June 2019 - 14:34

Ənsarullah Səudiyyə rejiminin Cizan aeroportuna PUA ilə hücum etdi

Story Code : 798711
Ənsarullah Səudiyyə rejiminin Cizan aeroportuna PUA ilə hücum etdi

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin PUA birliyindən verilən məlumata əsasən, Cizan aeroportuna qarşı hava hücumunda Yəməndəki hücumlarda istifadə olunan PUA-lara aid anqarlar hədəfə alınıb.
 
Sözügedən hücumun Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Cizan aeroportunu hərbi bazaya çevirməsindən sonra reallaşdırıldığı bildirilib.
 
Xəbərdə koalisiya qüvvələrinə aid təyyarələrin Cizan bölgəsindəki Ən-Nar dağına qarşı irəliləməsinin qarşısını almaq üçün təşkil etdiyi iki hava hücumunun uğursuz olduğu qeyd olunub.
 
Xəbərdə, həmçinin Ən-Nar dağının şərqindəki bölgələrə təşkil olunan hücumda 1 səudiyyəli əsgər ilə 4 muzdlu döyüşçünün öldüyu, silah-sursatlarının da müsadirə edildiyi bildirilib.
 
Source : Deyerler
Comment