0
Monday 10 June 2019 - 14:42

Yəmən snayperləri 6 Səudiyyə əsgərini məhv etdi

Story Code : 798713
Yəmən snayperləri 6 Səudiyyə əsgərini məhv etdi
Bu barədə "əl-Masirah" telekanalı məlumat yayıb. Məlumata görə, dünən Yəmən ordusunun snayperləri əl-Cof əyalətinin Saqiyyə məntəqəsində Səudiyyənin 6 əsgərinin öldürüb. Digər tərəfdən əl-Bayda əyalətində Səudiyyə ordusunun toplanış məntəqəsi Yəmən silahlı qüvvələrinin artilleriya hücumuna məruz qalıb. Qeyd edək ki, son günlər Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ordusu arasında toqquşmalar artıb. Yəmənlilər qarşısında üstünlük əldə etməyi bacarmayan koalisiya qüvvələri ölkə ərazisində dinc əhalinin olduğu məntəqələrə aviazərbələr endirirlər. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səudiyyə koalisiyası ABŞ-ın dəstəyilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500 mindən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" Hərəkatı hakimiyyətdədir və Səudiyyə koalisiyasına qarşı mübarizə aparır.
Source : eastnews
Comment