0
Sunday 16 June 2019 - 18:29

Nigeriyada kəndlərə silahlı hücum zamanı onlarla insan öldürülüb

Story Code : 799841
Nigeriyada kəndlərə silahlı hücum zamanı onlarla insan öldürülüb
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Zamfara əyalətinin Kvallido, Tunqar Kahau və Gidan Vava kəndlərində baş verib.
 
Yaşayış məntəqələrinə motosikletlə gələn silahlılar fermerlərə hücum ediblər. Nəticədə 35 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.
 
Qeyd edək ki, son günlər Nigeriyada silahlı şəxslərin motosikletlərlə dinc sakinlərə hücumu ilə əlaqədar ölkənin bəzi vilayətlərində motosikletdən istifadə qadağan edilib. Bəzi bölgələrdə tez-tez fermerlərlə çobanlar arasında silahlı qarşıdurmalar baş verir.
 
Bir neçə gün əvvəl silahlılar 8 kəndi qarət edərək 62 nəfəri öldürüblər.
 
Source : Deyerler
Comment