0
Tuesday 18 June 2019 - 05:43

İranın Britaniyadakı səfiri: Tankerləri müharibə istəyənlər vurub

Story Code : 800050
İranın Britaniyadakı səfiri: Tankerləri müharibə istəyənlər vurub
İranın Britaniyadakı səfiri Həmir Beydinijad CNN-lə söhbətində bildirib ki, Oman dənizində tankerləri müharibə istəyənlər vurub. Beydinijad deyib: Bəli, İran elan etdi ki, neft satışı qadağası götürülməsə, Hörmüzü bağlayacaq. İndi bu bəyanatdan sui-istifadə edib, Oman dənizindəki diversiyaları Tehranın adına yazmaq istəyirlər. Əslində biz hələ ki, neft satırıq və nəzərdə tutduğumuz şərait yaranmayıb. Bir gün biz neftimizi məntəqədə sata bilməsək, cürətimiz çatır ki, açıq-aşkar mövqe sərgiləyək. ABŞ-ın İrana qarşı sübutlarını heç müttəfiqləri də qəbul etmir. Hadisə ilə bağlı məlumatı olan bu məlumatı İrana təqdim etməlidir, çünki hadisə İrana aid ərazidə baş verb və ərazimizdə qeyri-sabitlik bizim üçün qəbuledilməzdir. Regionda, hadisə baş verən ərazidə qeyri-sabitlik yaradanlar İrandan fərqli olaraq müharibə istəyənlərdir.
 
Source : IslamTimes
Tagged
tanker