0
Tuesday 18 June 2019 - 12:34

Misirdə Mursinin ölümündən sonra fövqəladə vəziyyət elan olunub

Story Code : 800162
Misirdə Mursinin ölümündən sonra fövqəladə vəziyyət elan olunub

İslaminSesi-nin verdiyi xəbərə görə, bu haqda Anadolu agentliyi Misir KİV-lərinə istinadən yazır.
 
İnformasiyaya əsasən, ölkənin bütün ərazisində əlavə polis dəstələri yerləşdirilib. Hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarının məzuniyyəti ləğv edilib, dövlət və şəxsi strukturlarda, kilsə və məscidlərin önündə təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Qeyd edək ki, dünən məhkəmə iclası zamanı sabiq prezident 67 yaşlı Muhəmməd Mursiyə söz verildikdən sonra hakim fasilə elan edib. Bu zaman Mursinin ürəyi qəfil dayanıb və o, yerindəcə dünyasını dəyişib.
 
Tagged
mursi
Related Stories
Comment