Yəmən: Bəhreyn konfransı Fələstinə qarşı böyük xəyanətdir
Story Code : 801485
Yəmən informasiya naziri Daifallah Əşşami 25, 26 iyun günlərində Bəhreyn paytaxtı Manamada keçiriləcək iqtisadi toplantını Fələstin xalqına xəyanət kimi dəyərləndirib. Konfrans Trampın Əsrin Sövdələşməsi adlı anti-Fələstin layihənin reallaşması yolunda ilk addım kimi dəyərləndirilir. ABŞ və əlaltı ərəb başçıları Fələstin xalqını rifaha çatdırmaqla Fələstin dövlətinin yaradılması idealını birdəfəlik dəfn etmək istəyir. Fələstin xalqına rifah rüşvət kimi təqdim olunur.