0
Saturday 13 July 2019 - 17:33

Somalidə otelə hücum zamanı ölənlərin sayı 26-ya çatıb

Story Code : 804891
Somalidə otelə hücum zamanı ölənlərin sayı 26-ya çatıb

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, ölənlərin arasında Keniya, ABŞ, Böyük Britaniya və Tanzaniya vətəndaşları da var.
 
Qətlə yetirilənlərin arasında iki nəfər jurnalist və yerli seçkilərdə iştirak edəcək bir neçə namizədin olduğu da ehtimal edilir.
 
Hücum nəticəsində isə ümumilikdə 56 nəfər yaralanıb.
 
Qeyd edək ki dünən axşam saatlarında Kismayoda yerləşən “Asasey” otelinə hücum olub. Hücumla bağlı məsuliyyəti “Əl-Şahab” terror qruplaşması öz üzərinə götürüb.
 
Source : Apa
Comment