0
Wednesday 17 July 2019 - 19:12

Lavrov: Regiondakı böhran ABŞ-ın anti-İran siyasətləri ilə bağlıdır

Story Code : 805532
Lavrov: Regiondakı böhran ABŞ-ın anti-İran siyasətləri ilə bağlıdır
Kimsəyə sirr deyil ki, ABŞ dünyaya hakimlik iddiasındadır. Bu yolda ona mane olan cəbhədə Rusiya, Çin, İran və tədricən Türkiyə qərar tutur. Yaxın, Orta Şərqdə mövcud böhran məhz Vaşinqtonun bu regiondakı diktə siyasəti ilə bağlıdır. Artıq dünya Amerikanın ağılsız sanksiyalarından əzab çəkir. Rusiya xarici işlər naziri Sergey Lavrov birmənalı olaraq regiondakı böhranı ABŞ-ın anti-İran siyasətləri ilə əlaqələndirir. AiF-ə müsahibə verən Lavrov mövcud vəziyyəti qısa şəkildə belə ifadə edib: ABŞ dünyaya meydan oxuyur.
 
Source : IslamTimes