4 il davam edən Yəmən müharibəsi Ərəbistanla Əmirlik arasında döyüşlər müstəvisinə keçib. Ədəndə fərari Mənsur Hadiyə bağlı qüvvələri Ərəbistan, Əl-Hizam Əl-Əmni qüvvələrini Əmirlik himayə edir. Hazırda bu iki dəstə arasında döyüşlər gedir və onlarla silahlı, o cümlədən mülki əhali həlak olub. Ədəndə 120 min yəmənli yaşayır. BMT baş katibi Antonio Guterres Ərəbistan və Əmirliyə bağlı qüvvələr arasında döyüşlərə görə narahatlığını bilidirib və tərəfləri müzakirəyə dəvət edib.