0
Tuesday 17 September 2019 - 16:53

Bütün İran məsulları qətiyyətlidir ki, ABŞ-la müzakirə olmayacaq

Story Code : 816710
Bütün İran məsulları qətiyyətlidir ki, ABŞ-la müzakirə olmayacaq
İnqilab Rəhbəri Ayətullah Xamenei bu gün dərsi-xaric sinfinin haşiyəsində ABŞ-la müzakirələrin mümkünlüyünə aydınlıq gətirərək buyurub: Ölkə prezidenti, xarici işlər naziri, bütün məsullar bu fikirdədir ki, ABŞ-la nə ikitərəfli, nə çoxtərəfli müzakirə aparılmayacaq. Bəzən deyirlər ki, qeyd-şərtsiz müzakrələrə hazırıq, bəzən də 12 şərt irəli sürürlər. Bu Amerikanın sabit siyasi kursu olmadığını, siyasi böhran yaşadığını göstərir. Amerika o qədər həyasızlaşıb ki, İran qarşısında şərtlərini dilə gətirməkdən də utanmır.
 
Source : IslamTimes