0
Thursday 24 October 2019 - 06:56

Yəməndə hər 12 dəqiqədə bir körpə dünyasını dəyişir

Story Code : 823712
Yəməndə hər 12 dəqiqədə bir körpə dünyasını dəyişir
BMT-nin İnkişaf Proqramı mərkəzi xəbərdarlıq edib ki, Yəməndə hər 12 dəqiqədə 5 yaşdan aşağı bir körpə ölür.  Əl-Məsirə şəbəkəsinin verdiyi xəbərə əsasən, BMT-nin İnkişaf Proqramının Yəmən üzrə nümayəndəsi Achim Steiner  bu barədə açıqlama verib. Bu fəlakətin səbəbi Ərəbistanın Yəmənə təcavüzü nəticəsində yaşanan humanitar böhrandır. İçməli su, normal qidalanma olmayan şəraitdə belə bir faciə yaşanması təəccüb doğurmur. Yəməndə 5 ildir humanitar böhran yaşanır. Diktator Ərəbistan rejimi dünya ictimaiyyətinin etirazlarına baxmayaraq Yəmən xalqının qətliamını davam etdirir.
 
Source : IslamTimes