0
Saturday 2 November 2019 - 08:31

SEPAH baş komandanı: “ABŞ son 40 il ərzində 8.5 milyon insanın ölümünə səbəb olub”

Story Code : 825365
SEPAH baş komandanı: “ABŞ son 40 il ərzində 8.5 milyon insanın ölümünə səbəb olub”

Deyerler.org Mehrə istinadən xəbər verir ki, general-mayor Hüseyn Səlami noyabrın 2-si səhər saatlarında Tehranda təşkil olunan bir tədbirdə çıxış edərək bunları deyib: “Amerika Birləşmiş Ştatları ən böyük silah ixracatçısı və dünya müharibələrində ən mühüm iştirakçıdır, ancaq ABŞ rəsmiləri beynəlxalq təhlükəsizlikdən danışırlar.
 
ABŞ-ın hərbi gücü planeti məhv etmə fürsətindən başqa bir şey olmadığını göstərir. “Kütləvi qırğın silahlarından təmizlənmə” mövzusunu ortaya atan ABŞ, nüvə silahını yaradıb istifadə edən ilk ölkədir. Bütün işgəncə cihazları amerikalılar tərəfindən hazırlanıb zalım rejimlərə göndərilir. İnsan hüquqları budur? Görəsən dünyaya etibarsızlıq gətirən və məhv edilməsi ilə təhdid edən ABŞ, digər ölkələrdə, o cümlədən İranda enerjinin dinc yolla inkişafına mane ola bilər?”.
 
General-mayor Səlami dünyadakı bütün diktator liderlərin azadlıq və demokratiyanı müdafiə edən ABŞ-ın oyuncaqları olduğunu da qeyd edib: “Amerikalılar nə qədər səy göstərsələr də, o qədər də uğursuz olurlar. İllərdir dünya qələbələrinə şahid olmadı və etdikləri uğursuzluqlarla nəticələnir”.
 
Source : Deyerler
Tagged
sepah
Comment