0
Sunday 3 July 2011 - 17:01

Türmə rəisi məhbusu amansızcasına döyüb

Story Code : 82686
Türmə rəisi məhbusu amansızcasına döyüb
Türmə rəisi məhbusu amansızcasına döyüb
Ömürlük həbs cəzasına məhkum edilmiş “Qarabağ partizanı” Məmməd Məmmədovun anası Təranə Məmmədova Qobustan həbsxanasında oğlunun amansızcasına döyülməsi ilə bağlı redaksiyamıza müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyevin qəbuluna buraxılmadığını söyləyən T.Məmmədova bizimlə söhbətində oğluna verilən cəza ilə razılaşmadığını diqqətə çatdırdı: “Məmməd 8 ildir Qobustan həbsxanasında yatır. 21 nəfər "Qarabağ partizanları"nın bütün günahlarını onun üzərinə qoyublar. İşə baxan hakimlər dəstənin başçısına 9 il verildiyi halda 20 yaşlı gəncə ömürlük həbs cəzası verdilər. Oğlumun cəza müddətinin dəyişdirilməsi ilə əlaqədar dəfələrlə yuxarı instansiyalara müraciət etmişəm. Amma nəticəsi olmayıb. Oğlumun cinayəti silah əldə edərək Qarabağda partizanlığa cəhd etmək olub. O, heç kimi qətlə yetirməyib. Amma istintaqçılar bildirirlər ki, guya 2003-cü ildə Xətai parkında baş vermiş atışma nəticəsində oğlum polis əməkdaşını öldürüb. Əslində hadisə belə olmayıb. Həmən vaxt parkda qarışıqlıq olub. Oğlum da silahlı olub. Əməliyyatçılar onu tutmaq istəyərkən o göyə atəş açıb. Bu məsələ məhkəmə prosesində araşdırılıb. İndiyədək polisin kim tərəfindən öldürüldüyü aydınlaşmayıb. Amma bununla belə məhkəmə bütün günahı oğlumun üzərinə qoydu. Qarabağ partizanlarına verilən silah-sursatı da guya Məmməd gətirib".
T.Məmmədova oğlunun məhkəmə prosesinin ayrıca aparılmasından da şikayətçi olduğunu dedi: “Oğlum indiyədək bir dəfədə olsun türmənin daxili qaydalarını pozmayıb. Amma bu günlərdə onu həbsxana rəisinin müavini Namiq Əliyev amansızcasına döyüb. Səbəb isə oğlumun öz işi ilə bağlı prezidentə şikayət məktubu yazması olub. Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis Mədət Quliyevin qəbuluna getdim. Amma məni qəbula buraxmadılar. Dedilər ki, Qobustan həbsxanasının rəisinin yanına get. Ötən ayın 30-da rəisin qəbulunda oldum. Xahiş etdim məni oğlumla görüşdürsün”.
T.Məmmədova ərizəsində qeyd edib ki, o, görüş zamanı oğlunun gözünün ağır xəsarət aldığının şahidi olub: “Namiq Əliyev oğlumun gözünə kəllə ilə zərbə vurub. Nəticədə oğlumun gözündə problemlər yaranıb. Onun gözlərini yenicə müalicə etdirmişdim. İndi isə onun səhhəti kəskin pisləşib. Sən demə, Namiq Əliyev ona əvvəllər də işgəncə verirmiş. O, heç bir əsas olmadan oğlumu karsa saldırıb. Haqsızlığa dözməyən Məmməd 15 sutka aclıq edib. Səhhəti pisləşib”.
T.Məmmədovanın sözlərinə görə, o, üzləşdiyi problemlə bağlı dəfələrlə M. Quliyevlə görüşmək istəyib. Amma Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları onu qəbula buraxmayıblar: “Mən Namiq Əliyevin oğluma necə işgəncə verdiyini ona demək istəyirəm. Çünki mən əvvəllər də Namiq Əliyevdən oğluma dəyməməyi xahiş etmişdim”.

musavat.com

Comment