0
Wednesday 13 November 2019 - 10:03

Ənsarullah İsrail rejiminin yeni cinayətlərini qınadı

Story Code : 827081
Ənsarullah İsrail rejiminin yeni cinayətlərini qınadı

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Ənsarullahın Siyasi Bürosu yaydığı bəyanatında bunları qeyd edib: “Sionist rejimin Qüds Mühafizəçilərinin komandiri Bəha Əbul Ataya və Fələstinin İslami Cihad hərəkatının Siyasi Bürosunun üzvü Əkrəm Əl-Accurinin Suriyanın paytaxtı Şamdakı evinə təşkil etdiyi xaincəsinə hücumlarını şiddətlə qınayırıq”.
 
Ənsarullah, həmçinin Fələstin müqavimət qüvvələrinin İsrail rejimə qarşı təşkil etdiyi raket əməliyyatını dəstəklədiyini açıqlayıb.
 
Source : Deyerler
Comment