Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Moskva Suriyanın şimal şərqində helikopter bazası tikir. Bu məntəqədə Rusiyanın RƏM sistemləri fəaliyyətdədir. Zvezda teleşəbəkəsi xəbər verir ki, baza Qamışlı şəhərində tikilir. Artıq baza üçün nəzərdə tutulan əraziyə 3 helikopter enib.