0
Saturday 23 November 2019 - 17:50

Həniyə Həmasın Ərdoğanla görüşünü təsdiqlədi

Story Code : 828652
Həniyə Həmasın Ərdoğanla görüşünü təsdiqlədi
Fələstinin Həmas hərəkatının siyasi ofisinin rəisi İsmail Həniyə Həmasın nümayəndə heyətinin Türkiyəyə səfərini və prezident Ərdoğanla görüşünü təsdiqləyib. Bu xəbər öncə təkzib olunmuşdu. Ərəbi-21 şəbəkəsi xəbər vermişdi ki, Xalid Məşəlin rəhbərliyi ilə nümayəndə heyəti Ərdoğanla görüşüb. Sonra Həmas bu xəbəri təkzib etdi. Bu gün isə İsmail Həniyə Qəzzə zolağında Rəfəhdə xəstəxana açılışındakı çıxışında belə bir görüşün baş tutduğunu qeyd edib. Həniyə əlavə edib ki, Türkiyə və Qətər başçıları ilə söhbətlərdə Qəzzənin ehtiyaclarını dilə gətirib. Ərdoğan Qəzzəyə qeyd olunan sahələrdə kömək vəd edib.
 
Source : IslamTimes
Tagged
həmas