0
Thursday 19 February 2009 - 01:08

XARUKİ MURAKAMİ İSRAİL REJİMİNİNİ RÜSVAY ETDİ

Story Code : 829
XARUKİ MURAKAMİ İSRAİL REJİMİNİNİ RÜSVAY ETDİ
Tanınmış yaponiyalı yazıçı Xaruki Murakami ədəbiyyat sahəsində israil rejimi tərəfindən 2009-cu il mükafatına layiq görülüb. Mükafatı almaq adı ilə mərasimə qatılan yazıçı israil rejimini fələstinlilərə qarşı etdiyi cinayətlərə görə biabırcasına rüsvay edib.

"Buraya bu mükafatı almaq üçün gəlmək elə bir təəssürat yarada bilərdi ki, mən sizin qəddar siyasətinizi dəstəkləyirəm. Lakin, mərasimdə iştirak etməyib də sakitcə durmaqdansa mən danışmaq imkanımdan istifadə etmək qərarına gəldim", - deyə 15 dəqiqəlik nitqi zamanı roman yazarı bildirib.

Qeyd edək ki, 60 yaşlı Murakami israil rejimi tərəfindən mükafata layiq görülmüş ilk qeyri-avropa dilində əsərlər yaradan ədəbiyyat xadimidir.
Comment