0
Wednesday 11 December 2019 - 08:10

Hizbullah: "ABŞ Livan xalqından sui-istifadə edir"

Story Code : 832030
Hizbullah: "ABŞ Livan xalqından sui-istifadə edir"
Hizbullah: "ABŞ Livan xalqından sui-istifadə edir"
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Şeyx Əli Dəmuş, ABŞ-ın dövlət katibi Mayk Pompeonun, bazar günü verdiyi bəyanata istinad edərək, ABŞ-ın nəzarəti altında yalnız Livandakı ABŞ və İsrail rejiminin əmrlərinə tabe olacaq və ölkənin sərhədlərini yenidən nəzərdən keçirəcək yeni bir hökumət yaratmaq istədiyini, ABŞ və İsrail rejiminin şərtləri ilə Amerika şirkətlərinin maraqlarına uyğun olaraq Livan neftini əldə ediləcəyini bildirib. ABŞ dövlət katibi öz çıxışında, Livan xalqının hərəkatını, Hizbullahı Livan tənliyindən çıxarmaq üçün bir fürsət adlandırıb. Hizbullahın yüksək vəzifəli üzvü, Livan prezidenti Mişel Aunun müqaviməti ilə qarşılaşdıqları və Hizbullahın “tələsinə” düşmədikləri üçün, ABŞ-ın Livana hədəf qoymaq cəhdlərinin nəticəsiz qalacağını deyib. Şeyx Dəmuş daha sonra əlavə edib: "Livanın, Amerikanın siyasi istəklərinə qarşı şüurla, müdrikliylə, səbr və dözümlüküklə qarşı çıxması, xaosda iştirak etmək istəməmələri və sülhə vurğu, Amerikanın hədəflərinə çatmasına imkan vermədi".
Source : Deyerler
Comment