0
Wednesday 11 December 2019 - 08:44

Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib

Story Code : 832037
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.
Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılıb.
Toplanışın sonuncu günü iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib, eləcə də atıcı silahlardan atışlar icra olunub.
 
Source : FaktXeber
Tagged
ordu
Comment