0
Monday 30 December 2019 - 21:47

Rusiya: ABŞ-ın Həşd əl-Şəbiyə hücumu qəbuledilməzdir

Story Code : 835676
Rusiya: ABŞ-ın Həşd əl-Şəbiyə hücumu qəbuledilməzdir
Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü yaydığı bəyanatda ABŞ-ın İraqda Həşd əl-Şəbi bazalarına hücumunun qəbuledilməz olduğunu bildirib.
RT xəbər verir ki, bəyanatda deyilir: "Biz bütün tərəfləri İraqda və Suriyada gərginliyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq".
Kremlin sözçüsü Dmitri Peskov bu haqda danışaraq ABŞ-ın Həşd əl-Şəbi mövqelərinə hücumdan öncə Rusiyaya heç bir məlumat vermədiyini qeyd edib.
Xatırladaq ki, ABŞ bazar günü İraq Hizbullahının Suriya sərhəddindəki qərargahını bombayıb. İndiyədək ən az 25 hərbçi şəhid olub.
Source : IslamTimes