0
Tuesday 31 December 2019 - 22:05

Tramp Amerikanı Orta Şərqdə aciz duruma salıb

Story Code : 835817
Tramp Amerikanı Orta Şərqdə aciz duruma salıb
İraqda etirazçıların ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etməsindən sonra demokrat senator Kris Mörfi ABŞ prezidenti Donald Trumpın ölçü-biçisiz qərarları haqda danışıb. O bildirib ki, Tramp ABŞ-ı Yaxın Şərqdə aciz duruma düşmüş bir ölkəyə çevirib.
Kris əlavə edib ki, ABŞ-ın Bağdaddakı səfirliyinə hücum qorxunc, lakin gözlənilən bir hadisə idi.
Qeyd edək ki, bu gün qəzəbli Bağdad əhalisi Həşd əl-Şəbi hərəkatının şəhid olmuş üzvlərini dəfn etdikdən sonra ABŞ səfirliyinə hücum çəkərək səfirliyə od vurublar.
Source : IslamTimes