0
Wednesday 1 January 2020 - 12:18

Rusiyalı pilot ABŞ-da ölmüş vəziyyətdə tapıldı

Story Code : 835910
Rusiyalı pilot ABŞ-da ölmüş vəziyyətdə tapıldı
Bu barədə REN TV xəbər yayıb.
Bildirilir ki, hadisə dekabrın 29-da Florida ştatının Mayami şəhərində Ramada çimərlik kurortunda baş verib.
Pilotun cəsədi Rusiyadan gələn heyət üzvlərinin bir qayda olaraq yerləşdiyi “Ramada Beach Resort” otelinin yaxınlığında-sahildə aşkarlanıb.
Pilotun ABŞ-a bir gün əvvəl, dekabrın 28-də gəldiyi və yenidən Rusiyaya getməli olduğu vurğulanır.
Onun ölümünün səbəbi araşdırılır.