0
Saturday 4 January 2020 - 11:25

Şəhid Qasim Süleymani və Əl-Mühəndislə vida mərasimi başladı

Story Code : 836445
Şəhid Qasim Süleymani və Əl-Mühəndislə vida mərasimi başladı
ABŞ-ın hücumu nəticəsində şəhid olan, milyonlarla insanın sevimlisi Qasim Süleymani ilə vida mərasimi az öncə Kazimeyn şəhərində başlayıb. İraqın digər şəhərlərindən minlərlə şəxs özünü Bağdada çatdıraraq vida mərasimində iştirak edirlər.
Generalın pak cəsədi sabah, bazar günü İmam Rzanın hərəminə aparılacaq. Daha sonra Tehranda vida mərasimi baş tutacaq. Generalın cənazəsi Tehrandakı vida mərasimindən sonra Kirman şəhərində dəfn ediləcək.
Qeyd edək ki, Fransa, Türkiyə, Rusiya və digər ölkə başçıları general Qasim Süleymaninin ABŞ tərəfindən terror edilməsinin ölçü-biçisiz addım olduğunu bildiriblər. Onlar qeyd edib ki, İŞİD və digər terrorçularla vuruşan generalın terror edilməsi məntəqədə təhülkəsizlik və qarşıdurmaların artmasına səbəb olacaq.
Source : IslamTimes