0
Saturday 4 January 2020 - 19:44

Lavrov İrana başsağlığı verdi

Story Code : 836550
Lavrov İrana başsağlığı verdi
APA-nın Moskva müxbirinin məlumatına görə, Lavrov iranlı həmkarına general Qasim Süleymaninin terrorçu ABŞ-ın hərbi qüvvələri tərəfindən raket hücumu nəticəsində öldürülməsi ilə bağlı başsağlığı verib.
Nazirlər qeyd ediblər ki, ABŞ-ın fəaliyyəti beynəlxalq hüquq normalarının əsas prinsiplərinin kobud pozulmasıdır və bu, Yaxın Şərqdəki çətin problemlərin çözülməsinə kömək etmir, əksinə regionda gərginliyin eskalasiyasını yeni raunda aparır.
Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymani şəhid edilib. İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei general Qasim Süleymaninin şəhidlik zirvəsinə ucalması ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.