0
Saturday 4 January 2020 - 19:51

Azərbaycan da əfsanəvi generalın şəhid olmasına görə İrana başsağlığı verdi

Story Code : 836552
Azərbaycan da əfsanəvi generalın şəhid olmasına görə İrana başsağlığı verdi
Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon söhbəti baş tutub.
Azərbaycan XİN-dən APA-ya bildirilib ki, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib.
Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasim Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.