0
Saturday 11 January 2020 - 10:57

Omanın yeni sultanı bəlli olub

Story Code : 837845
Omanın yeni sultanı bəlli olub
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Watan Oman” qəzetinin "Twitter" səhifəsində bildirilib.

Məlumatda qeyd olunur ki, Haysam ben Tarek Əl Səidin artıq Oman Məclisi önündə andiçmə mərasimi olub. Lakin məlumat hələ ki, rəsmi şəkildə təsdiq edilməyib.

Oman konstitusiyasının 6-cı maddəsinə əsasən, ölkəni idarə edən ailə “taxt-tac boş qaldığı təqdirdə” 3 gün müddətində yeni varis seçməlidir. Əgər bu müddət ərzində razılıq əldə olunmazsa, Oman Məclisinin qarşısında keçmiş sultan tərəfindən varisin adı qeyd olunmuş zərf açılmalıdır.

Qeyd edək ki, Omanın keçmiş sultanı Tarek ben Said Əl Səid dünən gecə 79 yaşında vəfat edib.