Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər naziri Cavad Zərif çıxış edib.
"Nüvə müqaviləsini ABŞ-la imzaladıq, eks-prezident Barak Obama ilə deyil, indi də Trampla anlaşma əldə etməyin arxasınca getməyəcəyik. İran diplomatiyaya inanır, ancaq nüvə müqaviləsinin yenidən müzakirə edilməsinə "yox" deyir", - Zərif qeyd edib.
Qeyd edək ki, Böyük Britaniya Baş naziri Boris Conson İranla "Tramp razılaşması" imzalamağı təklif edib.