0
Wednesday 22 January 2020 - 22:58

İraq prezidentinin müşaviri prezidentin Trampla görüşünə görə istefa verdi

Story Code : 840130
İraq prezidentinin müşaviri prezidentin Trampla görüşünə görə istefa verdi
Əl-Əhd televiziya kanalı bu gün yayımladığı xəbərdə bildirib ki, Barham Salihin müşaviri Əhməd Əl-Yasiri prezidentin Davos forumu çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşünə etiraz olaraq tutduğu vəzifədən istefa verib.
İraq və ABŞ prezidentləri İsveçrədə keçirilən 5-ci Davos zirvəsi zamanı görüşüblər.
ABŞ-ın son günlərdə general Qasim Süleymani Əbu Mehdi Əl-Mühəndisə qarşı terror əməliyyatı, Kətaib-Hizbullah təşkilatının 30 üzvünü qətliam etməsi İraqda Amerika əleyhinə aksiyaların keçirilməsinə səbəb olub.
Qeyd edək ki, İraq prezidenti İsveçrəyə yollanan zaman İraq əhalisi, Kətaib-Hizbullah və digər təşkilatlar prezidentə xəbərdarlıq edərək əli İraq xalqının qanına bulaşan Donald Trampla görüşməməsini istəmişdi.
Source : IslamTimes