0
Thursday 23 January 2020 - 09:19

Avropa söz verdiyi pulun yarısını ödəməyib - Çavuşoğlu

Story Code : 840172
Avropa söz verdiyi pulun yarısını ödəməyib - Çavuşoğlu
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.
“Avropa Birliyi 2016-cı ilin sonlarında qaçqınlara dəstək üçün 6 milyard avro təzminat ödəyəcəkləri ilə bağlı bizimlə müqavilə imzalamışdı. Müqavilənin şərtlərinə görə, ilkin olaraq 3 milyard, 2018-ci ilin sonlarında isə qalan hissəsi ödənməli idi. Artıq 2020-ci ildəyik, hələ də ilk 3 milyardın tamamı ödənməyib”, - nazir qeyd edib.
Related Stories