0
Thursday 23 January 2020 - 22:46

General Qaaninin terrorla hədələnməsi Amerikada dövlət terrorunu ifşa etdi

Story Code : 840329
General Qaaninin terrorla hədələnməsi Amerikada dövlət terrorunu ifşa etdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Brayan Hukun SEPAH-ın Qüds Qüvvələri komandanı ilə bağlı təhdidlərinə cavab verib. Abbas Musəvi deyib: "ABŞ Dövlət Departamenti rəsmisi Brayan Hukun iranlı general haqqında təhdidləri Amerikada dövlət terroru olması faktını ifşa etdi."
İran XİN sözçüsü əlavə edib: Artıq ABŞ sionist rejimdən sonra ikinci dövlətdir ki, dövlətin əlində olan imkanlardan, Silahlı Qüvvələrdən rəsmi şəkildə terror əməliyyatları həyata keçirmək üçün istifadə edir və gələcəkdə də bu fəaliyyətini davam etdirəcəyini bildirir." 
Qeyd edək ki, Brayan Huk İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaanini "səni də Qasim Süleymani kimi qətlə yetirərik" terrorla hədələyib.