0
Saturday 25 January 2020 - 15:46

İraqın müqavimət liderləri xalqa təşəkkür etdi

Story Code : 840645
İraqın müqavimət liderləri xalqa təşəkkür etdi
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İraqın Əsaib Əhləl Haqq hərəkatının lideri Qeys Əl-Xəzəli dünən (24 yanvar) sosial şəbəkədən ABŞ-ın prezidenti Trampa müraciət olaraq yazdığı mesajında belə qeyd edib: “İraq xalqının ABŞ əleyhinə milyonluq nümayişləri, ABŞ-ın terrorçu əsgərlərinin tez bir vaxtda öz xoşlarıyla İraqdan çıxmalı olduğunun göstəricisidir, çünki İraq xalqı onları ölkələrindən çıxartmağa söz verib”.
 
İraqın tanınmış şəxsiyyətlərdən və Fəth hərəkatının lideri olan Hadi Əl-Amiri də bəyanat verərək, İraq xalqının bir bütöv halında ABŞ qüvvələrinin ölkələrindən çıxmaları üçün fəryad etdiklərini, ABŞ hökumətinin də xalqın bu istəyinə hörmət etməli olduğunu bildirib.
 
Digər tərəfdən, Sədr hərəkatının lideri Müqtəda Əs-Sədr də bəyanatında İraq və ABŞ arasındakı bütün təhlükəsizlik müqavilələrinin ləğv edilməsinə vurğu edərək, belə deyib: “Hökumət ölkədəki bütün ABŞ bazalarını bağlamalıdır, əgər ölkədən çıxmaq istəməsələr, onlarla işğalçı və düşmən ölkə kimi rəftar olunacaq”.
 
 
Müqtəda Əs-Sədr, həmçinin Bağdad hökumətinin bütün ölkənin bütöv hava məkanını ABŞ qüvvələrinin əməliyyatlarına qarşı bağlamalı olduğunu bildirərək, belə deyib: “Onlar ölkədən çıxarılmayana qədər təhlükəsizlik təmin olunmayacaq”.
 
Source : Deyerler
Tagged
iraq
Comment