0
Sunday 26 January 2020 - 18:15

Ayətullah Xameneinin Avropada təhsil alan tələbələrə müraciəti

Story Code : 840830
Ayətullah Xameneinin Avropada təhsil alan tələbələrə müraciəti
Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbərin müraciəti Ayətullah Xameneinin Avropada Təhsil Alan Tələbələrlə İş Üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Cavad Ejeyi tərəfindən ötən gün səhər Vyana şəhərində oxunub. 
 
Müraciətin tam mətni:
 
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
 
İslami Assosiasiyalar İttifaqının əziz gəncləri!
 
Bu ilki iclasınız hər biri bir cəhətdən İran İslam dövləti və onun inqilabçı əhalisinin əzəmət və etibarını göstərən mühüm hadisələrin baş verdiyi bir vaxta təsadüf edir. Şəhadətlər, hərbi güc nümayişləri, xalqın misilsiz iştirakı, gənclərin güclü ruhiyyəsi və qətiyyətli əzmkarlığı elm və texnologiya sahəsinin minlərlə fəal kompleksləri, habelə respublikanın gənclərinin böyük bir hissəsinin dini və mənəvi mövqeyi ilə birlikdə müasir dünyada unikal bir hadisənin meydana gəlməsindən xəbər verir. Bu hadisə tarixin gələcək axarına dərin və təyinedici təsirlər qoya bilər
 
İslam İnqilabının ikinci addımı Allahın güc və qüdrəti ilə bu hadisəni zirvə nöqtəsinə çatdırıb gerçəkləşdirməlidir. Bu həyati dinamizmdə ümid elmli, müdrik və imanlı gənclərədir. Siz bir tarix yaradan seçilmişlər ola bilərsiniz.
 
Siz əzizlərin böyük müvəffəqiyyətlərin ümidlə
 
Allahın salam və rəhməti üzərinizə olsun
 
Seyid Əli Xamenei
Source : Maide
Tagged
xamenei
Comment