0
Monday 27 January 2020 - 20:30

Suriya ordusu Ən-Nüsrə cəbhəsini mühasirəyə aldı

Story Code : 841064
Suriya ordusu Ən-Nüsrə cəbhəsini mühasirəyə aldı
Sputnikin verdiyi məlumata əsasən, Suriya ordusu bu gün günortadan sonra ciddi irəliləyiş əldə edərək, Əl-Həmidiyyə, Bəsida və Babulin qəsəbələrini terroristlərdən təmizləməyə müvəffəq olub. Bu qəsəbələr Mearat ən-Numan və Xan Şeyxun şəhərlərinin kəsişmə nöqtəsində yerləşdiyindən olduqca mühüm qəsəbələrdəndir. Bu nailiyyətdən sonra artıq Mearat ən-Numan şəhəri 3 səmtdən mühasirəyə alınmış oldu. 
Suriya ordusu son 2 gün ərzində 10 qəsəbəni terrorçulardan təmizləyərək böyük uğura nail olub və Ən-Nüsrə terrorçuların əsas qərargahlarından olan Mearat ən-Numan şəhərini mühasirəyə alıb.
Source : IslamTimes